Bakıda iki piyadanı avtomobil vuraraq öldürüb

Bakıda iki piyadanı avtomobil vuraraq öldürüb
# 25 aprel 2013 07:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda baş verən yol qəzalarında iki piyada ölüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisələrdən biri Mərdəkan-Bakı şosesində qeydə alınıb. Bakı şəhər sakini Səid Davud oğlu Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyada, 1960-cı il təvəllüdlü Rzayev Cəfər Qəhrəman oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Digər hadisə isə Nizami rayonunda, “İnci” şadlıq evinin qarşısında baş verib. “Mercedes” markalı avtomobil yolu keçən 55 yaşlı Elmira Qasımovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR