Bakı – APA. Azərbaycan-Almaniya əməkdaşlıq Proqramına əsasən mayın 20-dən 22-dək Koblents və Oyskirxen şəhərlərində (Almaniya) İnformasiya texnologiyaları mövzusunda ekspert görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.