Bakı – APA. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.