Tarkan ermənilərdən üzr istəməsilə bağlı xəbəri təkzib edib

Tarkan ermənilərdən üzr istəməsilə bağlı xəbəri təkzib edib
# 20 dekabr 2008 10:55 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ermənilərdən üzür dilənməsinin əks olunduğu məktuba imza atanlar sırasında 12876-cı olan Tarkanın bu addımı maraqla qarşılanıb. Məktubu “Tarkan Tevetoğlu” adıyla imzalayan şəxs ermənilərdən yaşadıqları acılardan dolayı üzr istədiyini bildirib.

Qeyd edək ki, Tarkan dekabrın 30-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı olan “Səs Organization” şirkətinin rəhbəri Nahid Emiloğlu isə Tarkanın bu kampaniyaya qoşulması barədə məlumatı təkzib edib. N. Emiloğlu APA-ya bildirib ki, bu barədə məlumat alan kimi Tarkanın meneceri ilə əlaqə saxlayıb. Lakin Tarkanın meneceri hazırda Almaniyada olduqlarını, Tarkanın bu cür işlərə qoşulmağa vaxtının olmadığını deyib: “Meneceri bildirdi ki, Tarkan heç bir kampaniyaya qoşulmayıb, heç bir məktuba imza atmayıb. O dedi ki, ola bilsin, kimsə Tarklanın adından məktuba imza atıb”.

Əlavə edək ki, bu kampaniya Türkiyəni iki qütbə bölüb. “Erməni qardaşlarımdan üzür diləyirəm” kampaniyasına paralel olaraq “Ermənilərdən üzür gözləyirəm” kampaniyası da keçirilir. “Erməni qardaşlarımdan üzür diləyirəm” kampaniyasına etiraz edənlər sırasında Türkiyə Baş Qərargahı da var.

Qeyd edək ki, Tarkanın bu kampaniyaya qoşulması ilə bağlı araşdırmalarımıza davam edir. Əgər xəbər doğru olsa, o zaman APA İnformasiya Agentliyi Tarkanın Bakıda keçiriləcək konsertinə informasiya dəstəyi verməkdən imtina edəcək və anlaşmanı birtərəfli qaydada dayandıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR