Rio-2016: Azərbaycan gimnastları ilk təsnifat mərhələsini başa vurublar

<span style="color: red;">Rio-2016:  Azərbaycan gimnastları ilk təsnifat mərhələsini başa vurublar
# 07 avqust 2016 03:56 (UTC +04:00)

Bakı-APA. XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə start verən idman gimnastlarımız Oleq Stepko və Pavlo Paxnyuk I təsnifat mərhələsini başa vurublar. Apasport.az saytının məlumatına görə, gimnastlar ilk olaraq çoxnövçülük üzrə seçmə mərhələdə yarışıblar.

Dayaqla tullanma, gimnastika atı, halqalar, vault, paralel qollar və sərbəst hərəkətlərdə güclərini sınayan idmançılarımız aşağıdakı nəticələri göstəriblər.

Dayaqla tullanma

Gimnastika atı

Halqalar

Vault

Paralel qollar

Sərbəst hərəkətlər

Oleq Stepko

13.900

14.975

14.033

14.400

15.300

13.600

Pavlo Paxnyuk

14.133

14.233

13.600

14.300

14.166

13.783

Qeyd edək ki, Stepko çoxnövçülük yarışı üzrə ümumilikdə 86.208, Paxnyuk isə 84.215 bal toplayıb. Onların yekun sıralamadakı yerləri gecənin irəliləyən saatlarında bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR