İTAZERCOM Avropa İttifaqı-Azərbaycan biznes sammitində iştirak edəcək

İTAZERCOM Avropa İttifaqı-Azərbaycan biznes sammitində iştirak edəcək
# 05 may 2016 12:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. İtaliya-Azərbaycan Kommersiya Palatası (İTAZERCOM) mayın 18-də keçiriləcək Avropa İttifaqı - Azərbaycan biznes sammitinin ikinci iclasında iştirak edəcək.

İtaliyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo İtaliya-Azərbaycan Kommersiya Palatasının qarşıdan gələn mühüm tədbirdə iştirak etməsini alqışlayıb.

Kommersiya Palatasının prezidenti Manuela Traldi bildirib ki, 2016-cı il üçün əsas diqqət iqtisadiyyatın diversifikasiyasıa yönəldiləcək.

“Eyni zamanda, biz Azərbaycan məhsullarının İtaliya və Avropa İttifaqına ixracını stimullaşdırmaq və dəstəkləmək istəyirik”.

Qeyd edək ki, İTAZERCOM İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR