Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbs müddəti uzadılıb

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbs müddəti uzadılıb
# 28 oktyabr 2015 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə R. Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, R. Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR