Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 04 mart 2016 18:49 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Rauf Hüseynov mərmini “Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb.

Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

***** 17.35

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayon sakini avtomobil təmir edərkən müxtəlif bədən xəsarətləri alıb. APA-nn qərb bürosunun verdiyi məlumata görə, Goranboyun Xınalı kənd sakini, 1970-ci il təvəllüdlü Rauf Hüseynov bədəninin müxtəlif hissələrinin qəlpə yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, R. Hüseynov avtomobil təmir edərkən partlayış olub və o xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR