Türkiyənin ikinci humanitar yardım karvanı Suriyanın şimalına çatıb

Türkiyənin ikinci humanitar yardım karvanı Suriyanın şimalına çatıb
# 13 sentyabr 2016 19:47 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Cilvəgözü şəhərindən göndərilən 20 yük maşınından ibarət ikinci humanitar yardım karvanı Suriyanın şimalına çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edək ki, rəsmi Dəməşq humanitar yardımın Suriya hökuməti və BMT ilə razılaşdırılmadan Hələb şəhərinə göndərilməsinə qarşı çıxış edib. “Anadolu” agentliyi humanitar yardımın göndərilməsini BMT ilə razılaşdırıldığını bildirir.

Agentlik günün sonunadək Türkiyə-Suriya sərhədini 40 yük maşınından ibarət humanitar yardım karvanının keçəcəyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR