Rusiyanın federal büdcə kəsiri 2 trilyon rubla çatıb

Rusiyanın federal büdcə kəsiri 2 trilyon rubla çatıb
# 14 yanvar 2016 11:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. 2015-ci ilin yekununa əsasən, Rusiya dövlət büdcəsinin kəsiri 2 trilyon rubl təşkil edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Qaydar Forumunda çıxış edən Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova deyib.

"Operativ məlumatlara əsasən, 2015-ci ildə federal büdcə kəsiri 2 trilyon rubl təşkil edib. Büdcənin xərcləri 15,6 trilyon rubl, gəlirləri isə 13,6 trilyon rubl olub", - deyə T. Qolikova bildirib.

Sədr onu da xatırladıb ki, 2015-ci ilin sonuna Rusiyanın büdcə kəsiri ÜMD-in 2,6%-nə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR