Valentin Zorin vəfat edib

Valentin Zorin vəfat edib
# 27 aprel 2016 13:22 (UTC +04:00)

Bakı - APA. Məşhur sovet jurnalisti, beynəlxalq icmalçı Valentin Zorin vəfat edib.

APA-nın xəbərinə görə, V. Zоrin 1925-ci il fevralın 9-da Moskvada anadan olub. O, Şarl de Qoll, İndira Qandi, Marqaret Tetçer, Con Kennedi, Duayt Eyzenhauer, Riçard Nikson, Cerald Ford, Cimmi Karter, Ronald Reyqan, ata Corc Buş, Nikita Xruşşov, Leonid Brejnev, Yuri Andropov, Mixail Qorbaçov kimi dünya liderləri ilə söhbətləşib, bəzi yüksək səviyyəli görüşlərdə ekspert kimi çıxış edib.

V. Zorin bir neçə kitabın müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR