Narkotik alverçisi olan İran vətəndaşı yaxalanıb

Narkotik alverçisi olan İran vətəndaşı yaxalanıb
# 08 fevral 2016 15:44 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik alveri ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı yaxalanıb.

Bu barədə APA-nın cənub bürosuna Biləsuvar RPŞ-nin müstəntiqi Fərid Soltanlı məlumat verib. O bildirib ki, İran vətəndaşı, 41 yaşlı Banı Nazi Mansoor Biləsuvar sərhəd buraxılış məntəqəsindən Azərbaycana keçərək sərhədyanı ərazidə qaçaq yolla gətirilmiş narkotik maddəni satmaq istəyib. Lakin polisin keçirdiyi əməliyyat tədbirləri onun bu planının gerçəkləşməsinə imkan verməyib. İran vətəndaşı ümumi çəkisi 2,535 kq heroini şərti alıcıya satmaq istəyərkən yaxalanıb.

Polisə verdiyi ifadəsində saxlanılan şəxs narkotik maddənin satışını İrandan olan tanışının təklifi ilə reallaşdırmaq istədiyini bildirib. Bunun müqabilində isə ona 22 min ABŞ dolları vəd olunub.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR