Heydər Əliyev hava limanında valideynlərin diqqətsizliyi ucbatından azyaşlı uşaq xəsarət alıb

Heydər Əliyev hava limanında valideynlərin  diqqətsizliyi ucbatından azyaşlı uşaq xəsarət alıb
# 03 mart 2016 18:30 (UTC +04:00)

Bakı-APA. Martın 3-ü, axşam saatlarında Heydər Əliyev hava limanında Bakı-Doha reysinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından 2 yaşlı uşaq xəsarət alıb.

APA-nın “AZAL”-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təyyarəyə minən zaman 2-yaşlı İsa Əliyev anasının əlindən buraxılaraq pəncərə tərəfə qaçıb. Aeroport binasının konstruksiyasının dərinliyinə düşən uşaq bədən xəsarətləri alıb.

Hadisə yerində aeroportun müvafiq xidməti tərəfindən uşağa tibbi yardım göstəriləndən sonra İsa Əliyev Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyi terminalın ərazisində uşaqlar üçün xüsusi yerlərin ayrıldığını bildirib və valideynləri olduqca diqqətli olmağa, aeroport ərazisində hərəkətdə olarkən uşaqları nəzarətsiz qoymamağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR