Yaponiyada Azərbaycan diaspor təşkilatı yaradılıb

Yaponiyada Azərbaycan diaspor təşkilatı yaradılıb
# 17 iyun 2016 10:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkilatın rəhbəri Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezidenti Əlibəy Məmmədov seçilib.

Ə. Məmmədov bildirib ki, qurumun yaradılmasına təkan verən əsas amillər son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsidir.

Təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yaponiyalı iş adamları - İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digəriləri yaxından iştirak edib.

Ə. Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirləri keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR