Belçikadakı səfirlik Azərbaycan vətəndaşlarına təhlükəli yerlərdən uzaq durmağı tövsiyə edib

Belçikadakı səfirlik Azərbaycan vətəndaşlarına təhlükəli yerlərdən uzaq durmağı tövsiyə edib
# 22 mart 2016 13:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Bu gün Brüsseldə baş vermiş terror aktları ilə əlaqədar bütün ölkə ərazisində terror təhlükəsi ehtimalının güclü olduğunu nəzərdə tutan dördüncü həyəcan səviyyəsi elan edilib".

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Belçika Krallığındakı Səfirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Bildirilir ki, bununla əlaqədar, hazırda Belçika ərazisində olan bütün Azərbaycan vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmək tövsiyə olunur.

Məlumatda Azərbaycan vətəndaşlarının bütün sutka ərzində səfirliklə əlaqə saxlaya biləcəkləri də qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR