Məhkəmə həyat yoldaşını döyməkdə təqsirləndirilən “Beşiktaş”ın sabiq kapitanı barədə qərar verib

Məhkəmə həyat yoldaşını döyməkdə təqsirləndirilən “Beşiktaş”ın sabiq kapitanı barədə qərar verib
# 27 fevral 2016 08:25 (UTC +04:00)

Bakı - APA. Türkiyə milli komandasının və “Beşiktaş” klubunun sabiq futbolçusu İbrahim Toramanın məhkəməsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, İbrahimin həyat yoldaşı Eyləm Toramanın boşanmaqla bağlı şikayətinə İstanbul Ailə Məhkəməsində baxılıb.

Sabiq futbolçunu onu döyməkdə ittiham edən xanımının şikayəti təmin edilib. Məhkəmə 35 yaşlı futbol veteranına həyat yoldaşına yaxınlaşmaq qadağası qoyub. “Beşiktaş”ın sabiq katitanı 6 ay ərzində xanımına 100 metrdən yaxın gedə bilməz. Buna riayət etməsə, onu həbs cəzası alacaq.

E. Toraman məhkəməyə həyatının təhlükədə olduğunu bildirib: “Həyatım üçün ciddi təhlükə olmasından narahatam. Şikayət etdiyim şəxsin ailəyə yaraşmayan gecə həyatı var”.

E. Toramanın vəkili bildirib ki, müvəkkili uzun müddət övladlarına görə susub: “Müvəkkilim uzun müddət övladlarına görə şikayət etməyib. Evlilik müddətində o, nə uşağı, nə də özü üçün İbrahimdən maddi dəstək görüb. Futbolçu hələ xanımı hamilə ikən əmlak bölgüsü ilə bağlı sənədlər imzalatdırıb. Dəfələrlə Eyləmə qarşı zorakılıq edən İbrahim bu il yanvarın 24-də qucağında uşaq olmasına baxmayaraq, onu yenə döyüb. Həmin vaxt xəstəxanaya çatdırılan müvəkkilimin həyatı təhlükədədir. Bu üzdən də o, bir aydır atasının İstanbuldakı evində qalır”.

İki il evli olduğu həyat yoldaşından ayrıldığını təsdiqləyən İbrahim Toraman isə zorakılıq etdiyini təkzib edib: “Onu döyməyimdən söhbət belə gedə bilməz. Onun Almaniyaya köçmək istəyinə görə münasibətlərimizə son qoyduq”.

Sabiq futbolçunun dediklərinin yalan olduğunu iddia edən Eylem və vəkili döyülməni təsdiqləyən fotoları məhkəməyə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR