Pənah Hüseyn: “Parlament seçkilərində iştirak edənlərə qarşı kampaniya aparan müxalif qüvvələr təcrid olunmuş vəziyyətdədir”

Pənah Hüseyn: “Parlament seçkilərində iştirak edənlərə qarşı kampaniya aparan müxalif qüvvələr təcrid olunmuş vəziyyətdədir”
# 14 sentyabr 2015 14:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Parlament seçkilərində iştirakla bağlı qəbul etdiyimiz qərar kifayət qədər əsaslandırılıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib. O, Milli Şuranın parlament seçkilərində iştirak etməmək haqqında qərarına münasibət bildirərək, buna hörmətlə yanaşdığını söyləyib. P. Hüseyn bu qüvvələrin seçkidə iştirak edənlərə qarşı qaralama kampaniyası apardığını və buna təəssüfləndiyini vurğulayıb: “Çünki bu cür siyasət nəticə etibarilə müxalifətin, demokratik düşərgənin zəifləməsinə gətirib çıxarıb. Eyni zamanda bunu edən müxalif qüvvələrin özləri də təcrid olunmuş bir vəziyyətlə üzləşiblər. Ümumiyyətlə, bu barədə səslənən bəzi ədəbdən və etikadan kənar məsələlərə əhəmiyyət vermək tərəfdarı deyiləm”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR