İTV əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb

İTV əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb
# 29 fevral 2016 07:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İctimai Televiziyanın (İTV) əməkdaşının ölümü faktı üzrə cinayət işi başlanıb.

Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşəndən 35 gün sonra R. Əliyevin meyiti “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib.

R. Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR