Misir Mədəniyyət Mərkəzinin rəhbəri Xəzər universitetinin rektoru Hamlet İsaxanlı ilə görüşüb

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Xəzər universitetinin rektoru Hamlet İsaxanlı ilə görüşüb
# 29 fevral 2016 13:14 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Xəzər universitetinin rektoru professor Hamlet İsaxanlı və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi arasında görüş keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, görüşdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi Mərkəzin Azərbaycanda fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mədəni əlaqələrin genişlənməsində Mərkəzin rolundan danışıb.

Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı Mərkəzin Azərbaycanın elm, təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.Eyni zamanda, Xəzər Universiteti ilə Misir universitetləri arasında müqavilələrin bağlanması, birgə elmi konfransların keçirilməsi, Xəzər Universitetində Misir Mədəniyyət gününün qeyd edilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR