"Başak İnam Sığorta" ötən ili zərərlə başa vurub

"Başak İnam Sığorta" ötən ili zərərlə başa vurub
# 11 aprel 2016 09:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Başak İnam Sığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” xəbər verir ki, 2014-cü illə müqayisədə “Başak İnam Sığorta”nın məcmu aktivləri 2015-ci ildə 12,43% azalaraq 8 mln. 700,543 manat olub. Ötən il şirkətin uzunmüddətli aktivləri 2 mln. 312,610 min manat, qısamüddətli aktivləri isə 6 mln. 387,933 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 26,57% azalaraq 1 mln. 711,567 min manat olub. Bununla yanaşı, uzunmüddətli öhdəliklər 1 mln. 500,406 min manat, qısa müddətli öhdəliklər isə 211,161 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 7 mln. manat, məcmu kapitalı isə 8,1% azalaraq 6 mln. 988 min 975,66 manat təşkil edib.

2015-ci ildə “Başak İnam Sığorta”nın cəmi gəlirləri 3 mln. 620 min 415,85 manat, cəmi xərcləri 4 mln. 386 min 272,42 manat olub.

Şirkət ötən ili 765 min 856,57 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR