Dövlət vəsaitini təyinatdan kənar xərcləyənlərin həbsini nəzərdə tutan layihə MM-ə tövsiyə olunub

Dövlət vəsaitini təyinatdan kənar xərcləyənlərin həbsini nəzərdə tutan layihə MM-ə tövsiyə olunub
# 17 mart 2016 09:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə yeni (308-1) maddənin əlavə olunması müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, yeni maddəyə əsasən dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə halına görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.


Eyni hərəkətlər külli miqdarda vəsaitlə olduqda, 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Külli miqdarda dedikdə 250 min manat və daha çox məbləğ nəzərdə tutulur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR