Avropa İttifaqının nümayəndəsi: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Avropa İttifaqının nümayəndəsi: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”
# 03 noyabr 2015 15:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalber Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi görüşdə bildirib. H. Zalber münaqişənin sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıb. O deyib ki, Avropa İttifaqı regiondakı balanslı siyasətini davam etdirməyə hazırdır. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığı və sadəcə, qarşılıqlı güzəştlər şəraitində sülh yolu ilə həll edilməli olduğu barədə fikir mübadiləsi aparıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR