BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib
# 16 aprel 2016 03:24 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT TŞ-nın bəyanatında bildirilir.

Rəsmi Pxenyanı bu cür addımlardan çəkinməyə çağıran BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın yürütdüyü siyasəti beynəlxalq təhlükəsizliyə təhdid kimi qiymətləndirib .

“Şimali Koreya növbəti raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının beş qətnaməsini pozub. Təhlükəsizlik Şurası hadisələrin gedişini diqqətlə izləyərək müvafiq tədbirlərə əl atacaq ”, sənəddə vurğulanıb.

Bununla belə, Şimali Koreyanın aprelin 15-də keçirdiyi ballistik raket sınağının uğursuz nəticələndiyi bildirilir. Cənubi Koreyanın kəşfiyyatının məlumatına əsasən, uçuş radiusu 3 min km-dən çox olan “Musudan” raketi buraxılışdan dərhal sonra radarlardan itib. Ehtimallara görə, raket havada partlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR