Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 27 fevral 2016 09:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 26-da saat 06 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Tapdıq Allahverdiyev idarə etdiyi “Lada” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Azər İbrahimova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş T. Allahverdiyev orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR