Azərbaycanda 18 il əvvəl qətl törədib Rusiyaya qaçan şəxs barəsində cinayət işinin icraatı dayandırılıb

Azərbaycanda 18 il əvvəl qətl törədib Rusiyaya qaçan şəxs barəsində cinayət işinin icraatı dayandırılıb
# 20 may 2016 08:22 (UTC +04:00)

Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Varis Səmədovun barəsində olan hökmdən prokurorun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə V. Səmədov barəsində olan cinayət işinə xitam verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hakim bildirib ki, işə xitam verilməsinin səbəbi cinayətin törədildiyi vaxtdan 18 il keçməsidir. Lakin həmin qərarla razılaşmayan prokuror protest verərək qərarın ləğvini və onun ittiham olunmasını istəyib.

V. Səmədov 1997-ci ildə Zülfüqar Ağalarovu odlu silahla öldürərək Rusiyaya qaçıb. Orada adını və soyadını dəyişib. Azərbaycanda barəsində axtarış elan edilib. Bu il isə V. Səmədov Bakıya gələrək istintaqa təslim olub.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (odlu silah saxlama) maddələrinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR