"Azercell" şəbəkəsində yaranmış problemə aydınlıq gətirib

"Azercell" şəbəkəsində yaranmış problemə aydınlıq gətirib
# 02 may 2016 13:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azercell Telekom" MMC adıçəkilən mobil operatorun şəbəkəsində yaranan problemlərə aydınlıq gətirib.

"APA-Economics"in sorğusuna cavab olaraq mobil operatordan bildirilib ki, şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar mayın 2-dən saaat 11:30-11:50 radələrində Bakı şəhəri Binəqədi və Xətai rayonlarının ərazilərində mövcud olan telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən bəzi 3G stansiyaların əhatə dairəsində xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi: "Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu istiqamətdə tam normal əsaslarla fəaliyyət göstərilməsi imkanı təmin edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR