Azərbaycanda istirahət günləri yol qəzalarında 7 nəfər ölüb

 Azərbaycanda istirahət günləri yol qəzalarında 7 nəfər ölüb
# 30 noyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda istirahət günləri qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 28-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Noyabrın 29-da isə respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR