OPEC apreldə neft hasilatını sutkada 484 min barel artırıb

OPEC apreldə neft hasilatını sutkada 484 min barel artırıb
# 29 aprel 2016 22:19 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin aprel ayında Neft İxracatçısı Ölkələrin Təşkilatı (OPEC) neft hasilatını sutkada 484 min barel artıraraq 33,217 mln. barelə çatdırıb.

APA-Economics”in xəbərinə görə, bu barədə “Bloomberg” xəbər verib.

Qeyd olunur ki, bu, 1989-cu ildən bəri ən böyük aylıq artımdır. Brent markalı neft aprelin ayının əvvəlindən 22%, WTI markalı neft isə 21% bahalaşıb. Bu, 2015-ci ilin aprel ayından etibarən ay ərzində rekord artımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR