İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 01 oktyabr 2015 06:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana “Renault Megan” markalı minik avtomobili ilə sərnişin qismində gələn İran vətəndaşı Meisam Ahmadi gömrük nəzarətindən keçərkən kinoloji xidmət iti onun çamadanına reaksiya verib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, əl yükünə baxış zamanı oradan 4 ədəd bükümdə, ümumi xalis çəkisi 20,17 qram olan narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR