Rabitə və yüksək texnologiyalar nazirinə yeni köməkçi təyin edilib

Rabitə və yüksək texnologiyalar nazirinə yeni köməkçi təyin edilib
# 19 fevral 2016 13:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Rabitə və yüksək texnologiyalar nazirinə yeni köməkçi təyin edilib.

"APA-Economics"in əldə etdiyi xəbərə görə, bu vəzifəyə Emin Tahir oğlu Məmmədov gətirilib.

Qeyd edək ki, E. Məmmədov 2010-2016-cı illərdə Heydər Əliyev Fondunun Humanitar proqramlar departamentinin Təhsil, gənclər və idman şöbəsində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.

Xatırladaq ki, E. Məmmədovdan öncə bu vəzifəni Ehtiram Kərimov tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR