Gəncədə avtomobil divara çırpılıb, sürücü xəsarət alıb

Gəncədə avtomobil divara çırpılıb, sürücü xəsarət alıb
# 02 mart 2016 06:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə şəhərin Totanlı küçəsində Göygöl rayon Üçtəpə kənd sakini, 1993-cü il təvəllüdlü Azər İsgəndərov idarə etdiyi “VAZ 21011” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb. Nəticədə xəsarət alan sürücü dərhal Gəncə şəhər Təcili Tibbi Yardəım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR