Tiflisdə rəssam Fərhad Xəlilovun sərgisi açılacaq

Tiflisdə rəssam Fərhad Xəlilovun sərgisi açılacaq
# 01 mart 2016 08:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Dmitri Şevardnadze adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının sədri, görkəmli rəssam Fərhad Xəlilovun sərgisi açılacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərginin açılışı Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyinin dəstəyi ilə baş tutacaq.

Tədbirdə Gürcüstanın görkəmli incəsənət xadimləri, rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, mədəniyyət işçiləri, QHT rəhbərləri, jurnalistlər və Tiflis sakinləri iştirak edəcəklər.

Qeyd edək ki, F. Xəlilovun dünyanın 40 ölkəsində müxtəlif janrlarda əsərləri sərgilənib. Onun əsərləri Azərbaycan, Ukrayna, Rusiya, Litva, Almaniya, Çin, Amerika Birləşmiş Ştatları, Almaniya, Polşa, Fransa və Meksikada saxlanılır.


Sərgi martın 22-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR