Nyu-Yorkda “altılıq” ölkələri və İran arasında görüş keçirilir

Nyu-Yorkda “altılıq” ölkələri və İran arasında görüş keçirilir
# 29 sentyabr 2015 03:41 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində “altılıq” ölkələri və İran arasında görüş keçirilir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar xarici işlər nazirləri səviyyəsində aparılır.

Məlumata əsasən, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, Çin və İran XİN rəhbərləri bu ilin iyulunda İranın nüvə proqramına dair əldə olunmuş razılaşma ətrafında müzakirələr aparırlar.

Qeyd olunur ki, görüşdən əvvəl nazirlər hər hansı açıqlama ilə çıxış etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR