Aydın Əliyev: "Proqnoz tapşırığı yerinə yetirməyə çalışacağıq"

Aydın Əliyev: "Proqnoz tapşırığı yerinə yetirməyə çalışacağıq"
# 23 sentyabr 2016 11:51 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Gömrük orqanları dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığı yerinə yetirməyə çalışacaq.

APA-nın qərb bürosunun məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

A. Əliyev xatırladıb ki, bu il DGK xətti ilə dövlət büdcəsinə 1,8 mlrd. manat həcmində vəsait daxil olmalıdır: "Proqnoz tapşırığı yerinə yetirməyə çalışacağıq. Sentyabr ayının 21-ə olan məlumata əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1,6 milyard manat vəsaitin daxil olması təmin olunub. Bildiyiniz kimi, proqnoz tapşırıq 1 milyard 810 milyon manat səviyyəsində müəyyən olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR