Şirkət əməkdaşına hökm oxunub

Şirkət əməkdaşına hökm oxunub
# 24 noyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əlizamin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Cəfərov 2009-cu ildən "Araz" Açıq Səhmdar Cəmiyyətinin (ASC) satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 271 min 402 manat dəyərində malını mağazalara sataraq, pulunu mənimsəyib. Ə.Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR