Telekanal: Ankarada partlayışda ölən 28 nəfərdən 22-si hərbi pilotdur

Telekanal: Ankarada partlayışda ölən 28 nəfərdən 22-si hərbi pilotdur
# 18 fevral 2016 14:29 (UTC +04:00)

Bakı-APA. Dünən Türkiyənin paytaxtı Ankarada törədilən partlayış nəticəsində ölən 28 nəfərdən 22-si hərbi pilotdur. APA-nın xəbərinə görə, bu barədə Ülkü TV məlumat yayıb. Telekanal bununla balı ölkədə matəm elan olunmasını tələb edib.

Qeyd edək ki, Ankarada hərbçiləri yaşadığı ərazidə, Türkiyə Böyük Millət Məclisinin yaxınlığında törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfərsə xəsarət alıb. Ölkənin prezidenti və baş naziri terror aktını PYD-YPG qruplaşmasının törətdiyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR