Sabir Rüstəmxanlı: “İran üzərindən beynəlxalq sanksiyaların götürülməsi milli hərəkata töhfə verə bilər”

Sabir Rüstəmxanlı: “İran üzərindən beynəlxalq sanksiyaların götürülməsi milli hərəkata töhfə verə bilər”
# 12 fevral 2016 12:17 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “İranda son durum və Azərbaycan Milli Hərəkatı” mövzusunda tədbir keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən DAK-ın həmsədri Sabir Rüstəmxanlı bildirib ki, ABŞ və Avropanın İrana qarşı sanksiyaları aradan qaldırması bu ölkədə Azərbaycan milli hərəkatının fəaliyyətinə töhfə verə bilər: “Hesab edirəm ki, hazırda ölkəmiz İranda baş verənlərə və oradakı soydaşlarımızın taleyinə biganə qalmamalıdır”.

Siyasi şərhçi Nazim Cəfərsoy deyib ki, İranın dünyaya açılması milli hərəkata həm mənfi, həm müsbət təsir göstərə bilər: “Bu təsirləri təhlil etmək üçün milli hərəkatın keçdiyi yola baxmaq lazımdır. İranın 50 faizi türkdür və bu potensialın real gücə çevrilməsi çox vacibdir. İran ətrafında baş verən qlobal hadisələr də bu hərəkatın bir gücə çevrilməsinə geniş imkan yaradır. Yəni, İranın qlobal dünyaya açılması bu ölkədə demokratiya və insan haqları probleminin həllini labüdləşdirə bilər”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hazırda dünyada geosiyasi proseslərin həlledici mərhələyə daxil olduğunu qeyd edib və bu proseslərin Azərbaycana da təsir edəcəyini vurğulayıb. O, İran üzərindən sanksiyaların götürülməsinin bu ölkənin demokratikləşməsi baxımından müsbət təsir göstərəcəyini deyib.

Tədbirdə Xalq Partiyasının sədri Pənah Hüseyn və digər şəxslər də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR