Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 28 dekabr 2015 11:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 160-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 162 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 133 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 46 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Dekabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Salyanda 5, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Şirvanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2014-cü il dekabrın 28-də 382 sm), Şirvanda 313 sm (2014-cü il dekabrın 28-də 267 sm), Salyanda 290 sm (2014-cü il dekabrın 28-də 260 sm), Bankədə 208 sm (2014-cü il dekabrın 28-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2014-cü il dekabrın 28-də 149 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR