Müdafiə nazirinin sabiq müavininin vəkili məhkəməyə gəlməyib

Müdafiə nazirinin sabiq müavininin vəkili məhkəməyə gəlməyib
# 09 oktyabr 2015 13:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatının görə, səbəb M. Səlimovun vəkilinin məhkəməyə gəlməməsi olub. Proses oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Mehman Səlimov 2014-cü ildə həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR