Hesablama Palatası “Asan xidmət”də yoxlama aparıb

Hesablama Palatası “Asan xidmət”də yoxlama aparıb
# 09 sentyabr 2016 15:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Agentlik üzrə və büdcədənkənar daxilolmaların formalaşması və istifadəsinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə qəbul edilmiş təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR