Bakıda usta köməkçisi təmir etdiyi maşını qaçıraraq qəza törədib

Bakıda usta köməkçisi təmir etdiyi maşını qaçıraraq qəza törədib
# 08 avqust 2016 10:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda usta köməkçisi işləyən şəxs təmir etdiyi maşınla qəza törədib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Elşad Cəbrayılovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin Bakı şəhər sakini Bayram Vəliyevə məxsus “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.

B.Vəliyev Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün avtomobilini təmir etdirmək üçün Bakıxanov qəsəbəsi ərazisindəki avtomobillərin təmiri sexinə verdiyini və orada usta köməkçisi işləyən paytaxt sakini Fuad Quliyev tərəfindən avtomobilin qaçırıldığını, daha sonra qəza törədildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR