İtaliyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 20-yə yüksəlib - YENİLƏNİB

İtaliyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 20-yə yüksəlib - <span style="color: red;">YENİLƏNİB
# 12 iyul 2016 15:23 (UTC +04:00)

Bakı-APA. İtaliyanın cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, hadisə Puqlia bölgəsində Corato və Andria qəsəbələri arasında baş verib.

Toqquşma nəticəsində qatarların vaqonları reysdən çıxıb.

Qəza nəticəsinə içəridə sıxılmış vəziyyətdə qalan insanların olduğu bildirilirdi. Hadisə yerinə xilasetmə və təcili tibbi yardım maşınları göndərilib.

Qəzanın tək xətli dəmiryolunda qatarlardan birinin yaşıl işığı gözləmədən keçməsi səbəbindən baş verdiyi ehtimal edilir.

***

saat 15.02

Bakı - APA. İtaliyanın cənubunda iki qatar toqquşub.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Bari istiqamətində qatarların toqquşması nəticəsində azı 10 nəfər ölüb. Onlarla insanın yaralandığı bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR