“Unibank” sosial şəbəkə istifadəçilərinə hədiyyə qazandırır

“Unibank” sosial şəbəkə istifadəçilərinə hədiyyə qazandırır
# 18 dekabr 2015 08:30 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank” yeni il öncəsi rəsmi facebook səhifəsində istifadəçilər üçün viktorina keçirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iştirakçıların maliyyə biliklərinin artırılmasına yönəldilən viktorina qalibləri həm də möhtəşəm hədiyyələr qazanacaqlar.

Tez və düzgün cavablar iştirakçılara xallar qazandırır. Viktorinada iştirak edən səhifə istifadəçiləri, oyunda iştiraka dəvət etdikləri hər bir dostuna görə də əlavə xal qazanacaqlar.

Ən çox xal toplamış ilk 3 qalibi bu hədiyyələr gözləyir:

1-ci yer – İPhone 6

2-ci yer - Planşet

3-cü yer- 100 manatlıq hədiyyə kartı

Bilik yarışmasında fəal iştirak edib yüksək xallar qazanan sonrakı 20 yerin sahiblərinə də

“Unibank”dan dəyərli hədiyyələr olacaq. Qaliblər dekabrın 28-də açıqlanacaq. Viktorinada iştirak etmək istəyənlər “Unibank”ın rəsmi facebook səhifəsinə

(https://www.facebook.com/unibank.az/?fref=ts) daxil olaraq, qeyd olunan link

(https://goo.gl/XzBRiC)vasitəsi ilə öz maliyyə biliklərini sınaya və dəyərli hədiyyələr qazana bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və Facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR