Paytaxtda "Daewoo" və "Hyundai" toqquşub - FOTO - VİDEO

Paytaxtda "Daewoo" və "Hyundai" toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2015 00:47 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Paytaxtın Səbail rayonunda qəza baş verib. APA-nın məlumatına görə, qəza Zərifə Əliyeva və Rəşid Behbudov küçəsinin kəsişməsində qeydə alınıb. Qəza zamanı hadisə iştirakçılarından olan maşınlardan biri işıqforun qırmızı işığında hərəkət edib. Belə ki, Rəşid Behbudov küçəsi ilə hərəkət edən "Daewoo" markalı maşınla Zərifə Əliyeva küçəsinin kəsişməsində "Hyundai" toqquşub. Zərbənin təsirindən "Hyundai" yolun əks tərəfindəki səkilərə dırmaşıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib. Hadisə yerinə yol polisi gəlib. Hər iki maşın evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Ərazidəki müşahidə kameralarının görüntülərinə baxış keçirildikdən sonra hadisənin əsas səbəbkarı bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR