İcraçı direktor: "Kompensasiyaları ödəmək üçün Əmanətlərin Sığortalanması Fondunun kifayət qədər vəsaiti var"

İcraçı direktor: "Kompensasiyaları ödəmək üçün Əmanətlərin Sığortalanması Fondunun kifayət qədər vəsaiti var"
# 12 fevral 2016 13:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondunun kifayət qədər vəsaiti var.

"APA-Economics" xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib ki, əgər vəsait çatışmazlığı olarsa, ilk növbədə Mərkəzi Bankdan kredit götürüləcək: "Daha sonra isə biz rüblük 7 milyon manat sığorta haqları toplayırıq. Əlavə olaraq qanunvericilikdə göstərilib ki, Fondun vəsaitləri çatmazsa, kredit götürərsə, biz qorunan əmanətlərin 0,2%-i miqdarında əlavə vəsait cəlb edə bilərik. Yəni, ehtiyac yaranarsa, ümumilikdə martın sonuna kimi biz banklardan əlavə 17 milyon manat cəlb edə bilərik. Yəni, ilk növbədə kredit götürəcəyik, sonra kredit banklardan yığılan sığorta haqları hesabına ödəyəcəyik”.

Onun sözlərinə görə, Fondun hazırda 106 mln. manat vəsaiti var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR