Prokuror Rusiyada qətl törədən şəxsə cəza istəyib

Prokuror Rusiyada qətl törədən şəxsə cəza istəyib
# 07 oktyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl törətməkdə təqsirləndirilən İxtiyar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mayl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum olmasını istəyib.

Məhkəmə prosesi oktyabrın 14-də də davam edəcək.

Qeyd edək ki, İ. Rüstəmov 2002-ci ildə Moskva şəhərində qətl törədib və Azərbaycana qaçıb. Axtarışda olan İ. Rüstəmov 2012-ci ildə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR