Sumqayıtda avtomobil nənə və nəvəni vurub, nənə ölüb

Sumqayıtda avtomobil nənə və nəvəni vurub, nənə ölüb
# 15 avqust 2016 10:18 (UTC +04:00)


Bakı - APA. Avqustun 13-də saat 21 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elvin Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Güldərən Qasımovanı və nəvəsi Ülkər Almaszadəni vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hər iki piyada xəstəxanaya yerləşdirilib, G. Qasımova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR