Bakıda Milli İdman Kompleksi və avarçəkmə kanalı tikiləcək

Bakıda Milli İdman Kompleksi və avarçəkmə kanalı tikiləcək
# 29 fevral 2016 09:27 (UTC +04:00)

Bakı – APA. Bakıda yeni inşa ediləcək idman obyektlərinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda yaxın 10 ildə 2 möhtəşəm kompleks tikiləcək.

Belə ki, Su İdman Sarayının yaxınlığında avarçəkmə kanalının idmançıların ixtiyarına verilməsi planlaşdırılır. Bakı buxtasında, həmçinin, Milli İdman Kompleksi və onun ətrafında idmançıların qalması üçün müxtəlif dərəcəli otellər tikiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR