Bakı-Qazax yolunda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Bakı-Qazax yolunda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 21 aprel 2016 18:56 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Bakı-Gəncə avtomobil yolunda avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosunun verilən xəbərə görə, “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sərnişin 1993-cü il təvəllüdlü Zahidi Ayşən hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü Arzu Musayev, 1996-cı il təvəllüdlü Əliyeva Ülviyyə və 1985-ci il təvəllüdlü Ələsgər Məmmədovdur.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan VAZ 2107” markalı avtomobil “Qazel” markalı yük maşınına arxadan dəyib, sonra isə yolun kənarına aşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***** 20.15

Gəncə. Azər Məmmədli-APA. Bakı-Gəncə avtomobil yolunda avtomobil aşıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində bir sərnişin hadisə yerində ölüb. Sürücü və başqa bir sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü Arzu Musayev və 1985-ci il təvəllüdlü Ələsgər Məmmədovdur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR