Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası işinə başlayıb

Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası işinə başlayıb
# 16 sentyabr 2015 04:37 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, birinci iclası sədr, Danimarka XİN-in sabiq rəhbəri Moqens Likketoft açıb.

“Mən BMT Baş Assambleyasının 70-ci sessiyasını açıq elan edirəm”, deyə çəkici vuraraq Moqens Likketoft elan edib.

Moqens Likketoft həmçinin bir dəqiqəlik “sükut, dua və düşünmə” elan edib.

Qeyd edək ki, Baş Assambleyanın birinci iclasında təşkilata üzv olan 193 ölkənin nümayəndə heyəti və BMT-nin baş katibi Pan Qi Mun iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR